WhatsApp-ı yaratmaqda məqsədimiz dostlarınızla əlaqə saxlamağınıza, təbii fəlakətlər zamanı mühüm məlumatları paylaşmağınıza, uzaq düşdüyünüz ailəniz ilə yenidən əlaqə saxlamağınıza və ya daha yaxşı həyat axtarmağınıza kömək etməkdir. Ən gizli məlumatlarınızın bəziləri WhatsApp vasitəsilə paylaşılır, buna görə də tətbiqimizdə tam şifrələmə quraşdırmışıq. Tam şifrələmə mesaj, foto, video, səsli mesaj, sənəd və zənglərinizin başqa insanların əlinə keçməsinin qarşısını alır.
WhatsApp Messenger ilə başqa şəxsə mesaj göndərdiyiniz zaman WhatsApp-ın tam şifrələməsindən istifadə edilir. Tam şifrələmə sayəsində siz və ünsiyyətdə olduğunuz şəxsdən başqa heç kim, hətta WhatsApp da göndərilən mesajları oxuya və ya dinləyə bilmir. Bunun səbəbi odur ki, tam şifrələmə sayəsində mesajlarınız kilid ilə qorunur və yalnız sizinlə mesajları qəbul edən şəxs xüsusi açar vasitəsilə onları kiliddən çıxarıb oxuya bilər. Bütün bu proseslər avtomatik baş verir: mesajlarınızı qorumaq üçün ayarları aktiv etməyə və ya xüsusi gizli söhbətlər quraşdırmağa ehtiyac yoxdur.
Hər bir WhatsApp mesajı cihazınızdan göndərilmədən əvvəl onların təhlükəsizliyi təmin edən eyni Siqnal şifrələmə protokolu ilə qorunur. WhatsApp biznes hesabına mesaj göndərdiyiniz zaman mesajınız biznes tərəfindən seçilən ünvana təhlükəsiz şəkildə çatdırılır.
WhatsApp Business Tətbiqindən istifadə edən, yaxud müştəri mesajlarını idarə edən və toplayan bizneslərin söhbətləri WhatsApp tərəfindən tam şifrələnmiş hesab edilir. Mesaj qəbul edildikdən sonra biznesin məxfilik təcrübələri ilə tənzimlənir. Biznes mesajı işləmək və ona cavab vermək üçün bir sıra əməkdaş, hətta başqa satıcılar da təyin edə bilər.
Bəzi bizneslər1 mesajları təhlükəsiz şəkildə toplamaq və müştərilərə cavab vermək üçün WhatsApp-ın ana şirkəti olan Facebook-u seçə biləcək. Məxfilik təcrübələri haqqında daha çox məlumat əldə etmək üçün hər zaman bu şirkətlə əlaqə saxlaya bilərsiniz.
Seçilmiş ölkələrdə əlçatan olan WhatsApp ödənişləri maliyyə qurumlarındakı hesablar arasında köçürmələr həyata keçirməyə imkan yaradır. Kart və bank nömrələri şifrələnmiş halda etibarlı şəbəkədə saxlanılır. Bununla belə, maliyyə qurumları bu ödənişlər haqqında müvafiq məlumatları qəbul etmədən transaksiyaları işləyə bilmədiyinə görə bu ödənişlər tam şifrələnmir.
WhatsApp mesajlarınızla bağlı baş verənlər haqqında məlumatlı olduğunuzdan əmin olmaq istəyir. Müəyyən bir şəxsdən və ya biznesdən mesaj qəbul etmək istəmirsinizsə, onları birbaşa söhbətdən blok edə və ya kontakt siyahınızdan silə bilərsiniz. Mesajların necə idarə olunduğunu anladığınızdan və düzgün qərar qəbul etmək üçün lazımi seçimlərə malik olduğunuzdan əmin olmaq istəyirik.
WhatsApp-ın Open Whisper Systems ilə əməkdaşlıq çərçivəsində hazırladığı tam şifrələmə haqqında ətraflı texniki izahatı oxuyun.
Müntəzəm təhlükəsizlik yeniləmələri üçün Təhlükəsizlik Məsləhətlərini yoxlayın.
1 2021-ci ildə.