WhatsApp Əsas SəhifəWhatsApp Əsas SəhifəWhatsApp Təhlükəsizlik
WHATSAPP VEB
FUNKSİYALAR
ENDİRİN
TƏHLÜKƏSİZLİK
YARDIM MƏRKƏZİ

Dilinizi seçin

  • azərbaycan

  • Afrikaans

  • Bahasa Indonesia

  • Melayu

  • català

  • čeština

  • dansk

  • Deutsch

  • eesti

  • English

  • español

  • français

  • Gaeilge

  • hrvatski

  • italiano

  • Kiswahili

  • latviešu

  • lietuvių

  • magyar

  • Nederlands

  • norsk bokmål

  • o‘zbek

  • Filipino

  • polski

  • Português (Brasil)

  • Português (Portugal)

  • română

  • shqip

  • slovenčina

  • slovenščina

  • suomi

  • svenska

  • Tiếng Việt

  • Türkçe

  • Ελληνικά

  • български

  • қазақ тілі

  • македонски

  • русский

  • српски

  • українська

  • עברית

  • العربية

  • فارسی

  • اردو

  • বাংলা

  • हिन्दी

  • ગુજરાતી

  • ಕನ್ನಡ

  • मराठी

  • ਪੰਜਾਬੀ

  • தமிழ்

  • తెలుగు

  • മലയാളം

  • ไทย

  • 简体中文

  • 繁體中文(台灣)

  • 繁體中文(香港)

  • 日本語

  • 한국어

  • Endirin

  • Funksiyalar

  • Təhlükəsizlik

  • Yardım Mərkəzi

  • Təmasda qalın

WhatsApp Təhlükəsizlik

Məxfilik və Təhlükəsizlik bizim qanımızdadır

İlk başladığımız gündən WhatsApp-ı dostlarınız ilə ünsiyyətdə qalmaq,təbii fəlakətlərzamanı vacib məlumatları paylaşmaq, uzaqda olan ailəniz iləəlaqədə olmaq və ya daha yaxşı anları bölüşmək üçün yaratdıq. Dəyərli anlarınızın bir çoxunu WhatsApp üzərindən paylaşdığınız üçün tətbiqimizdə ucdan-uca şifrələnmə quraşdırmışıq. Ucdan-uca şifrələnmə sayəsində mesaj, şəkil, video, səs mesajı, sənəd və zəngləriniz başqaların əlinə düşə bilməz.

Şəxsi Mesajlaşma

WhatsApp'ın ucdan-uca şifrələnməsi başqalarına WhatsApp ilə mesaj göndərdərdiyinizdə işə düşür. Tam şifrələmə sayəsində siz və ünsiyyətdə olduğunuz şəxsdən başqa heç kim, hətta WhatsApp da göndərilən mesajları oxuya və ya dinləyə bilmir. Bunun səbəbi odur ki, tam şifrələmə sayəsində mesajlarınız kilid ilə qorunur və yalnız sizinlə mesajları qəbul edən şəxs xüsusi açar vasitəsilə onları kiliddən çıxarıb oxuya bilər. Bütün bu proseslər avtomatik baş verir: mesajlarınızı qorumaq üçün ayarları aktiv etməyə və ya xüsusi gizli söhbətlər quraşdırmağa ehtiyac yoxdur.

Biznes Mesajlaşması

Hər bir WhatsApp mesajı cihazınızdan göndərilmədən əvvəl onların təhlükəsizliyi təmin edən eyni Siqnal şifrələmə protokolu ilə qorunur. WhatsApp biznes hesabına mesaj göndərdiyiniz zaman mesajınız biznes tərəfindən seçilən ünvana təhlükəsiz şəkildə çatdırılır.

WhatsApp Business Tətbiqindən istifadə edən, yaxud müştəri mesajlarını idarə edən və toplayan bizneslərin söhbətləri WhatsApp tərəfindən tam şifrələnmiş hesab edilir. Mesaj qəbul edildikdən sonra biznesin məxfilik təcrübələri ilə tənzimlənir. Biznes mesajı işləmək və ona cavab vermək üçün bir sıra əməkdaş, hətta başqa satıcılar da təyin edə bilər.

Bəzi bizneslər 1 mesajları güvənli şəkildə toplamaq və müştərilərə cavab vermək üçün WhatsApp'ın ana şirkəti olan Facebook'u seçə biləcək. Məxfilik təcrübələri haqqında daha çox məlumat əldə etmək üçün hər zaman bu şirkətlə əlaqə saxlaya bilərsiniz.

Ödənişlər

Seçilmiş ölkələrdə əlçatan olan WhatsApp ödənişləri maliyyə qurumlarındakı hesablar arasında köçürmələr həyata keçirməyə imkan yaradır. Kart və bank nömrələri şifrələnmiş halda etibarlı şəbəkədə saxlanılır. Bununla belə, maliyyə qurumları bu ödənişlər haqqında müvafiq məlumatları qəbul etmədən transaksiyaları işləyə bilmədiyinə görə bu ödənişlər tam şifrələnmir.

Nəzarət əlinizdədir

WhatsApp mesajlarınızla bağlı baş verənlər haqqında məlumatlı olduğunuzdan əmin olmaq istəyir. Müəyyən bir şəxsdən və ya biznesdən mesaj qəbul etmək istəmirsinizsə, onları birbaşa söhbətdən blok edə və ya kontakt siyahınızdan silə bilərsiniz. Mesajların necə idarə olunduğunu anladığınızdan və düzgün qərar qəbul etmək üçün lazımi seçimlərə malik olduğunuzdan əmin olmaq istəyirik.

Sərbəst Danış

WhatsApp Zəngi dostlarınız və ailəniz başqa ölkədə olduqda belə onlarla şəxsi söhbət etməyinizə imkan yaradır.

Səninlə Qalan Mesajlar

Ucdan-uca şifrələnmiş mesajlar çatdırıldıqdan sonra WhatsApp serverlərində deyil, cihazınızda saxlanılır.


Özün üçün Bax

WhatsApp etdiyiniz zənglərin və göndərdiyiniz mesajların tam şifrələnib-şifrələnmədiyini yoxlamağınıza imkan verir. Birbaşa söhbət, kontakt məlumatı və ya biznes məlumatında işarəni axtarmağınız kifayətdir.

Detallara Bax

Open Whisper Systems ilə birgə hazırlanmış WhatsApp-ın ucdan-uca şifrələnməsi haqqında detallı texniki məlumatı əldə edin.

Davamlı təhlükəsizlik yeniliklərinə baxmaq üçün Təhlükəsizlik Məsləhətlərinə baş çəkin.

1 2021-ci ildə.

WHATSAPP

Funksiyalar

Təhlükəsizlik

Endirin

WhatsApp Veb

Biznes

Məxfilik

ŞİRKƏTİ

Haqqımızda

Karyera

Brend Mərkəzi

Təmasda qalın

Bloq

WhatsApp Hekayələri

ENDİRİN

Mac/PC

Android

iPhone

YARDIM

Yardım Mərkəzi

Twitter

Facebook

Koronavirus

2022 © WhatsApp LLC

Məxfilik və Şərtlər