Şəxsi mesajların məzmununu görə bilmirik, çünki onlar ikitərəfli şifrələnir. Bundan əlavə, biz hər kəsin kimlə mesajlaşdığını və ya zəng etdiyini qeyd etmirik. Üç milyard istifadəçi üçün fərdi qeydlərin saxlanmasının məxfiliyə zidd olduğunu düşünürük, buna görə də bunu etmirik.
Xüsusiyyətlərimizin necə istifadə olunduğunu anlamaq imkanımız var ki, onları daha da inkişaf etdirə bilək və bunu edərkən şəxsi məlumatları silməyə çalışırıq. Biz burada müəyyən bir şəxsə və ya telefon nömrəsinə bağlana biləcək şəxsi məlumatları silən texnologiya yaratmışıq.
Biz həmçinin qabaqcıl avtomatlaşdırılmış sistemlər və hesabatlar vasitəsilə spam və ya sui-istifadəni aşkar etməyə çalışırıq. Məsələn, dəqiqədə 1000 mesaj göndərən istifadəçi, ehtimal ki, avtomatlaşdırılmış spam hesabıdır və biz onların WhatsApp-dan istifadəsini qadağan etmək istəyəcəyik. Bu kimi sui-istifadə hallarında problem müəyyən edildikdən sonra kimin kimə mesaj göndərdiyini görmək imkanımız var.
Bu imkana malik olduğumuz üçün, bəzən hüquqi tələblərə əsasən, bu məlumatları təqdim etməyimiz tələb olunur. Etibarlı hüquq-mühafizə orqanlarının sorğularına necə cavab verdiyimizlə bağlı şəffafıq və siz burada ətraflı öyrənə bilərsiniz.