Söhbətlərin ifadəli, əyləncəli və tamamilə sizin ola biləcəyi yer. İstənilən cihazda tam şifrələnmiş mesajlaşma ilə şəxsi mesajlarınız təhlükəsiz saxlanılır.
Bağlantınız zəif olsa belə, gündəlik məqamları çəkin və redaktə edin, onları standart və ya yüksəkkeyfiyyətli təsvir kimi göndərin.
Söhbətdə müddəti bir dəqiqəyə qədər olan video mesajları anında yazmaqla və paylaşmaqla həmin məqamın ab-havasını təcəssüm etdirin.
Axtarıla bilən və fərdiləşdirilə bilən stikerlər, avatarlar və GIF-lərlə kreativ yanaşmanızı nümayiş etdirin.
Mesajlara reaksiya vermək və fikirlərinizi asanlıqla və dərhal paylaşmaq üçün istənilən emojidən istifadə edin.
Fərdi və qrup söhbətlərində stikerlərə daxil ola bilərsiniz. Stikerlərə baxıb istifadə etmək üçün söhbəti açın, stikerlər piktoqramına toxunun. Ona toxunduqda stiker göndəriləcək. WhatsApp Stiker mağazasında təklif edilən stiker paketləri endirilmiş istənilən dəstin altında göstərilir. Bu stikerlərdən istənilən birinə toxunaraq onu göndərə və ya bütün paketə baxmaq üçün Stiker paketi əlavə et üzərinə toxuna bilərsiniz.
Fərdi və qrup söhbətlərindəki mesajlara emoji ilə reaksiya verə bilərsiniz. Mesajın altındakı emojiyə toxunaraq mesaja verilən bütün reaksiyalara baxa bilərsiniz. Mesaja reaksiya vermək üçün mesaja toxunub saxlayın, sonra isə emojiyə toxunun. Klaviaturadan emoji seçmək üçün Əlavə et (dairədə üstəgəl işarəsi) üzərinə toxunun.
WhatsApp telefonunuza göndərilən audio, video və fotoları avtomatik yadda saxlayır. Mediafaylın görünmə seçimi defolt olaraq aktiv edilib. WhatsApp-ın mediafaylı cihazın lokal yaddaşında yadda saxlamaması üçün Digər seçimlər (üç şaquli nöqtə) > Parametrlər > Söhbətlər üzərinə toxuna bilərsiniz.