Mətnlər
Sadə, Etibarlı Yazışma
Dostlarınız və ailənizlə ödənişsiz* yazışın. WhatsApp sizin telefonunuzun internet bağlantısından istifadə edərək SMS xərclərinizin qarşısını alır.
Qrup Söhbətləri
Daim əlaqədə qalmaq üçün qruplar
Sizə vacib olan insanlarla, ailənizlə, iş yoldaşlarınızla qruplar vasitəsi ilə daima ünsiyyətdə qalın. WhatsApp qrupları ilə siz ismarıcları, şəkil və videoları 256 nəfərə qədər şəxslə eyni anda paylaşa bilərsiniz. Siz həmçinin qrupa ad qoya, bildirişləri dəyişə və səssiz edə bilərsiniz və daha nələr.
WhatsApp vebdə və iş masasında
Söhbətə Davam
WhatsApp veb və işçi masasında siz problemsiz bir şəkildə bütün söhbətlərinizi kompüterinizə sinxronizasiya edərək siz, sizə uyğun qurğuda söhbətləşə bilərsiniz. Masaüstü tətbiqi yüklə və ya web.whatsapp.com daxil olaraq başlayın.
WhatsApp Səs və Video Zəngləri
Azad Danış
Səsli zənglərlə siz dostlarınız və ailənizlə onlar ölkə xaricində olsalar belə ödənişsiz* danışa bilərsiniz. Həmçinin ödənişsiz* video zəngləri ilə söz və yazışmanın yetmədiyi hallarda üz-üzə söhbət edə bilərsiniz. WhatsApp səs və video zəngləri sizin şəbəkə tarifinizdəki dəqiqələr əvəzinə telefonunuzun internet bağlantısından istifadə edir. Bu səbəbdən sizin bahalı zəng xərcləri barədə düşünməyinizə ehtiyac yaranmır.
Bir başdan digərinə qədər şifrələmə
Əvvəldən Təhlükəsizlik
Bəzi şəxsi anlarınız WhatsApp-da paylaşılır ki, bu səbəbdən biz bir başdan digərinə qədər şifrələməni tətbiqimizin ən son versiyasına əlavə etmişik. Bir başdan digərinə qədər şifrələnən zaman sizin mesaj və zəngləri yalnız siz və söhbət etdiyiniz şəxs görə və dinləyə ilər. Digərləri hətta WhatsApp belə bunu görmür.
Şəkil və Videolar
Dəyərli Anlarınızı Paylaşın
Şəkil və videoları WhatsApp-da anında göndər. Sizin üçün dəyərli olan anları kameranızla saxlaya bilərsiniz. Zəif bağlantınız olmasına baxmayaraq WhatsApp ilə şəkil və videolarınızı tez göndərə bilərsiniz.
Səsli İsmarıclar
Fikrində Nə Varsa Hamısını De
Bəzən sizin səsiniz hər şeyi izah edər. Sadəcə bir toxunuşla ətraflı və müxtəsər Səsli Mesaj yazın.
Sənədlər
Sənədlərin Paylaşımı Daha Asan
Özünüzə email və ya fayl paylaşma tətbiqləri ilə əngəl yaratmadan PDF sənədləri, cədvəlləri, slaydları və digərlərini göndərin. Siz 100 MB həcminə qədər sənədi göndərə bilərsiniz. Sizə və digərlərinə lazım olanları almaq artıq çox asandır.