Mətnlər
Sadə, Etibarlı mesajlaşma
Dostlarınız və ailənizlə ödənişsiz* yazışın. WhatsApp sizin telefonunuzun internet bağlantısından istifadə edərək SMS xərclərinizin qarşısını alır.
Qrup söhbəti
Daim əlaqədə qalmaq üçün qruplar
Sizə vacib olan insanlarla, ailənizlə, iş yoldaşlarınızla qruplar vasitəsi ilə daima ünsiyyətdə qalın. WhatsApp qrupları ilə siz mesajları, şəkil və videoları 256 nəfərə qədər şəxslə eyni anda paylaşa bilərsiniz. Siz həmçinin qrupa ad qoya, bildirişləri dəyişə və səssiz edə bilərsiniz və daha nələr.
WhatsApp Veb və masaüstü
Söhbətə davam edin
WhatsApp veb və WhatsApp masaüstü ilə bütün söhbətlərinizi problemsiz bir şəkildə kompüterinizə sinxronizasiya edərək siz, sizə uyğun qurğuda mesajlaşa bilərsiniz. Kompüter tətbiqini endir və ya web.whatsapp.com daxil olaraq başlayın.
WhatsApp Audio və video zənglər
Azad danış
Audio zənglərlə siz dostlarınız və ailənizlə onlar ölkə xaricində olsalar belə ödənişsiz* söhbət edə bilərsiniz. Həmçinin ödənişsiz* video zəngləri ilə söz və yazışmanın yetmədiyi hallarda üz-üzə söhbət edə bilərsiniz. WhatsApp audio və video zəngləri sizin şəbəkə tarifinizdəki dəqiqələr əvəzinə telefonunuzun internet bağlantısından istifadə edir. Bu səbəbdən sizin bahalı zəng xərcləri barədə düşünməyinizə ehtiyac yaranmır.
Tam şifrələmə
Standart Təhlükəsizlik
Bəzi şəxsi anlarınız WhatsApp-da paylaşılır ki, bu səbəbdən biz tam şifrələməni tətbiqimizin ən son versiyasına əlavə etmişik. Tam şifrələnən zaman sizin mesaj və zəngləri yalnız siz və söhbət etdiyiniz şəxs görə və dinləyə ilər. Digərləri hətta WhatsApp belə bunu görmür.
Şəkil və Videolar
Dəyərli anlarınızı paylaşın
Şəkil və videoları WhatsApp-da anında göndər. Sizin üçün dəyərli olan anları kameranızla saxlaya bilərsiniz. Zəif bağlantınız olmasına baxmayaraq WhatsApp ilə şəkil və videolarınızı tez göndərə bilərsiniz.
Səsli mesajlar
Fikrindən keçənləri söylə
Bəzən sizin səsiniz hər şeyi izah edər. Sadəcə bir toxunuşla ətraflı və qısa bir Səsli Mesaj yazın.
Sənədlər
Sənəd paylaşımı daha asan oldu
Özünüzə e-poçt və ya fayl paylaşma proqramları ilə əngəl yaratmadan PDF sənədləri, cədvəlləri, slaydları və digərlərini göndərin. Siz 100 MB həcminə qədər sənədi göndərə bilərsiniz. Sizə və digərlərinə lazım olanları almaq artıq çox asandır.