Dostlar və ailə pulsuz mesajlaşın*. WhatsApp mesaj göndərmək üçün smartfonun internet bağlantısını istifadə edir ki, SMS göndərmək üçün ödəniş etməyəsiniz
.
Ailə üzvləri və ya həmkarlar kimi sizə önəmli şəxslərlə qrup şəklində söhbətləşin. Qrup şəklində söhbətləşərkən, 256 nəfərə qədər şəxslə mesajlaşa, foto və video paylaşa bilərsiniz. Bundan başqa, qrupunuzu adlandıra, bildirişlərini susdura və ya fərdiləşdirə və digər əməliyyatları icra edə bilərsiniz.
Veb və kompüter üçün WhatsApp ilə bütün söhbətlərinizin kompüterlə nəzərə çarpmadan sinxronlaşması nəticəsində sizə rahat olan istənilən cihazdan ünsiyyət qura bilərsiniz. Kompüter üçün tətbiqi endirin və ya başlamaq üçünweb.whatsapp.com ünvanını ziyarət edin
Hətta başqa ölkədə olsalar da, səsli zəng vasitəsilə dostlar və ailə ilə ödənişsiz* danışa bilərsiniz. Tək söz yetməyəndə ödənişsiz* görüntülü zəng vasitəsilə üz-üzə söhbət edə bilərsiniz. WhatsApp səsli və görüntülü zəngləri smartfonun internet bağlantısını istifadə etdiyi üçün mobil operatorun zəng etmək xidmətindən yan keçir. Buna görə də baha telefon zənglərinə görə narahat olmağa dəyməz.
Şəxsi anlarınızın WhatsApp üzərindən paylaşılmasına görə tətbiqimizdə ucdan uca şifrələnmənin ən son versiyasını istifadə edirik. Tamamilə şifrələnmə zamanı mesaj və zəngləriniz yalnız sizə və ünsiyyət qurduğunuz şəxsə məlum olur, söhbətlərinizi heç kim, hətta WhatsApp da dinləyə və ya oxuya bilməz.
WhatsApp üzərindən foto və videoları bir anda paylaşın. Cihazın kamerası vasitəsilə əhəmiyyətli anları dərhal çəkib paylaşa bilərsiniz. WhatsApp ilə foto və videolar hətta zəif sürətli internet üzərindən cəld paylaşılır.
Bəzən fikirlərinizi səsli ifadə etməlisiniz. Qısa salamlama və ya geniş əhvalatı danışmaq üçün sadəcə bircə toxunuşla Səsli Mesaj yaza bilərsiniz.
PDF-lər, sənədlər, cədvəllər, təqdimatlar və sairləri e-poçta və ya fayl paylaşma saytlarına girmək əziyyəti olmadan paylaşıla bilər. 100 MB-a qədər həcm ilə istədiyiniz materialı istədiyiniz şəxsə yollaya bilərsiniz.