Kiçik biznes sahibləri üçün hazırlanmış WhatsApp Business tətbiqini ödənişsiz endirmək olar. Tətbiq müştərilərlə asan şəkildə şəxsən danışmaq, diqqəti məhsul və xidmətlərinizə yönəltmək və alış-veriş prosesində müştəri suallarına cavab vermək imkanı yaradır. Məhsul və xidmətlərinizi təqdim etmək üçün kataloq yaradın, avtomatlaşdırma, çeşidləmə və mesajlara cəld cavab vermək üçün xüsusi alətlər istifadə edin.
WhatsApp həmçinin orta və iri bizneslərə müştəri xidmətlərini həyata keçirməkdə və müştərilərə önəmli bildirişləri çatdırmaqda yardım edə bilər. WhatsApp Business API haqqında ətraflı məlumat.
Müştəriləriniz üçün fiziki və e-poçt ünvanlarınız, biznesinizin təsviri, saytınız haqqında və digər yararlı məlumatlar təqdim edən biznes profili yaradın.
Cəld cavablar mütəmadi göndərilən mesajların saxlanılıb yenidən istifadə edilməsilə və ümumi suallara ən qısa zamanda cavab vermək imkanı yaradır.
Rahat tapılmaları üçün kontaktlarınızı və söhbətlərinizi etiketlərlə orqanizə edin.
Müştərilərin sizdən cavab alma vaxtını təxmin edə bilmələri üçün cavab verə bilmədiyiniz halda işdən kənar olduğunuzu bildirən mesaj ayarlayın. Həmçinin müştəriləri biznesinizlə tanış edən salamlama mesajı da hazırlaya bilərsiniz.