WhatsApp Barədə

Bizim tətbiq

180 ölkədə 1 milyarddan çox insan dostları və ailəsi ilə istənilən an və istənilən vaxtda ünsiyyətdə qalmaq üçün WhatsApp1 istifadə edir. WhatsApp ödənişsizdir2, dünyada bütün dəstəklənən telefonlara sadə, təhlükəsiz və etibarlı yazışma və zəng təklif edir.

1 Bəli, WhatsApp adı nə var nə yox sözü əsasında terminləşmişdir.

2 Data ödənişləri tətbiq oluna bilər.

Bizim missiyamız

WhatsApp SMS xidmətinin alternativi kimi fəaliyyətə başlamışdır. Bizim məhsulumuz artıq müxtəlik tipli mediaların, mətn, şəkil, video, sənəd və məkan göndərmə və qəbulunu və həmçinin də səsli zəngləri dəstəkləyir. Bizim ismarıc və zənglər bir başdan digərinə qədər şifrələnərək qorunur ki, bu da öz növbəsində üçüncü tərəflərin bunu oxuma və dinləməsinin mümkünsüz olduğu deməkdir. Bütün bizim məhsulların arxasında insanların istənilən yerdə və məkanda məhdudiyyətsiz ünsiyyəti dayanır.

Bizim komandamız

WhatsApp 20 ilinini Yahoo-a həsr etmiş Jan Koum və Brian Acton tərəfindən yaradılıb. WhatsApp 2014-cü ildə Facebook-a birləşmişdir. Lakin ayrıca tətbiq kimi dünyanın istənilən yerində sürətli və etibarlı ünsiyyət xidməti fəaliyyətini hədəf olaraq davam etdirir.