Mətnlər

Sadə, Etibarlı Yazışma

Dostlarınız və ailənizlə ödənişsiz* yazışın. WhatsApp sizin telefonunuzun internet bağlantısından istifadə edərək SMS xərclərinizin qarşısını alır.
* Data tarifləri tətbiq oluna bilər. Ətraflı məlumat üçün şəbəkə operatorunuz ilə əlaqə saxlayın.

Qrup Söhbətləri

Daim əlaqədə qalmaq üçün qruplar

Sizə vacib olan insanlarla, ailənizlə, iş yoldaşlarınızla qruplar vasitəsi ilə daima ünsiyyətdə qalın. WhatsApp qrupları ilə siz ismarıcları, şəkil və videoları 256 nəfərə qədər şəxslə eyni anda paylaşa bilərsiniz. Siz həmçinin qrupa ad qoya, bildirişləri dəyişə və səssiz edə bilərsiniz və daha nələr.
Dostlar
Ailə
Həftə sonu

WhatsApp vebdə və iş masasında

Söhbətə Davam

WhatsApp veb və işçi masasında siz problemsiz bir şəkildə bütün söhbətlərinizi kompüterinizə sinxronizasiya edərək siz, sizə uyğun qurğuda söhbətləşə bilərsiniz. Masaüstü tətbiqi yüklə və ya web.whatsapp.com daxil olaraq başlayın.

WhatsApp Səs və Video Zəngləri

Azad Danış

Səsli zənglərlə siz dostlarınız və ailənizlə onlar ölkə xaricində olsalar belə ödənişsiz* danışa bilərsiniz. Həmçinin ödənişsiz* video zəngləri ilə söz və yazışmanın yetmədiyi hallarda üz-üzə söhbət edə bilərsiniz. WhatsApp səs və video zəngləri sizin şəbəkə tarifinizdəki dəqiqələr əvəzinə telefonunuzun internet bağlantısından istifadə edir. Bu səbəbdən sizin bahalı zəng xərcləri barədə düşünməyinizə ehtiyac yaranmır.
* Data tarifləri tətbiq oluna bilər. Ətraflı məlumat üçün şəbəkə operatorunuz ilə əlaqə saxlayın.

Bir başdan digərinə qədər şifrələmə

Əvvəldən Təhlükəsizlik

Bəzi şəxsi anlarınız WhatsApp-da paylaşılır ki, bu səbəbdən biz bir başdan digərinə qədər şifrələməni tətbiqimizin ən son versiyasına əlavə etmişik. Bir başdan digərinə qədər şifrələnən zaman sizin ismarıc və zəngləri yalnız siz və söhbət etdiyiniz şəxs görə və dinləyə ilər. Digərləri hətta WhatsApp belə bunu görmür.

Şəkil və Videolar

Dəyərli Anlarınızı Paylaşın

Şəkil və videoları WhatsApp-da anında göndər. Sizin üçün dəyərli olan anları kameranızla saxlaya bilərsiniz. Zəif bağlantınız olmasına baxmayaraq WhatsApp ilə şəkil və videolarınızı tez göndərə bilərsiniz.

Səsli İsmarıclar

Fikrində Nə Varsa Hamısını De

Bəzən sizin səsiniz hər şeyi izah edər. Sadəcə bir toxunuşla ətraflı və müxtəsər Səsli İsmarıc yazın.

Sənədlər

Sənədlərin Paylaşımı Daha Asan

Özünüzə email və ya fayl paylaşma tətbiqləri ilə əngəl yaratmadan PDF sənədləri, cədvəlləri, slaydları və digərlərini göndərin. Siz 100 MB həcminə qədər sənədi göndərə bilərsiniz. Sizə və digərlərinə lazım olanları almaq artıq çox asandır.